Bayquş xarabalığı gülüstana dəyişməz.

Cf. Charity begins at home. / Deep will call deep. Всякому мила своя сторона. / Любит и нищий своё хламовище. / Своя сторонушка и собаке мила.
bayırda qalmaq (işdən azad, xaric olunmaq təhlükəsində qalmaq)
bayquş kimi yaşamaq
OBASTAN VİKİ
Bayquş
Bayquşlar (lat. Strigidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinə aid heyvan fəsiləsi. Bayquşun bədəni 17–74 sm uzunluğunda, ağırlığı isə 50 qr-dan 3,25 kq-dək olur. Yırtıcı qarmaqdimdik, qüvvətli iri caynaqları olan bayquşlar əsasən gecələr ova çıxırlar. Səssiz uçan bu quşlar dağ yamaclarındakı kolluqlarda, meşədəki ağac koğuşunda, qayalardakı yarıq yerlərdə, köhnə uçuq xarabalıq ərazilərdə və s. yaşayırlar. Dişi bayquş yuvasında qoyduğu 8–10 yumurtadan 2–3 cücə çıxarır. Onlar kənd təsərrüfatına zərər vuran həşəratlar və sünbülqıran gəmiricilərlə qidalanırlar. Bayquşlar əkin sahələrinə, meşədəki ağaclara zərər verən həşərat və xırda gəmiriciləri məhv etdiyindən xeyirli quşlardır. Bayquşlar gecə ov ovlamaq üçün başlarını 270 dərəcə çevirməlidirlər.
Gülüstana (Bicar)
Gülüstana (fars. گلستانه‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 31 nəfər yaşayır (8 ailə). Əhalisini kürdlər təşkil edir.
Eynəkli bayquş
Eynəkli bayquş (lat. Pulsatrix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
Kor Bayquş
Kor Bayquş (بوف کور: Buf-e kur) - İran yazıçısı Sadiq Hidayətin 1936-cı ildə nəşr etdiyi romandır. Kor Bayquş romanını Azərbaycan dilinə İlqar Əlfi tərcümə etmiş və 2015-ci ildə Xəzər jurnalında nəşr etmişdir. == "Süjet”, yaxud əvvəl hanı, son hanı? == Sadiq Hidayətin "Kor bayquş” romanı öz içinə boylanan, ordakı qaranlıqda güzgülənən insanın hekayətidir. Qəhrəmanın taleyi doğuluşla ölüm arasındakı keçiddə iki qadına "ilişir”. Onlardan biri rəqqasə anası, digəri fahişə arvadıdır. Qəhrəmanın atası Hindistanda bütlər qarşısında mərasim rəqsləri ifa edən Buqamdasi adlı bir qıza vurulur. Qızla ailə qurur və az sonra qardaşı da yanına gəlir. İki qardaş bir-birinə çox oxşayır – xüsusən zövqləri – əmisi də qəhrəmanın anasına vurulur. Anasını həm əmisi, həm də atası sevir və bu "aşiqlər”in dueli fərqli olur: Atası və əmisi kobra olan otağa girirlər, çığırtı gəlir, ilangəzdirən otağın qapısını açır və bir-birinə oxşayan iki kişidən biri canını qurtarır.
Qulaqlı bayquş
Qulaqlı bayquş (lat. Asio) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
Bayquş keçisağan
Bayquş keçisağan (lat. Aegotheles) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquş keçisağankimilər dəstəsinin bayquş keçisağanlar fəsiləsinin cinsinə aid heyvan növü.
Bayquş keçisağankimilər
Bayquş keçisağankimilər (lat. Aegotheliformes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinə aid heyvan dəstəsi.
Bayquş keçisağanlar
Bayquş keçisağanlar (lat. Aegothelidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquş keçisağankimilər dəstəsinə aid heyvan fəsiləsi.
Bayquş evi
Bayquş evi (ing. The Owl House) — Dana Terras tərəfindən yaradılmış cizgi serialı. 10 yanvar 2020-ci ildən 8 aprel 2023-cü ilə qədər Disney kanalında yayımlanmışdır. "Bayquş evi" LGBTQ+ personajların ön planda olduğu ilk Disney cizgi serialıdır. Serial tənqidçilər və tamaşaçılar tərəfindən bəyənilmiş, 2021-ci ildə "Peabody" mükafatına layiq görülmüşdür. == Məzmun == Serial Luz Noseda adlı bir qızdan bəhs edir. O, dominikan əsilli 14 yaşlı amerikalıdır. Bir gün o, təsadüfən onu İblislər Aləmi kimi tanınan başqa bir dünyaya aparan xüsusi bir keçid tapır. O, buraya daxil olanda Qaynamış adalar (ing. Boiling Isles) adlı yerə gəlib çatır, burada o, "Bayquş Xanım" kimi tanınan Eda adlı ifritə və onun iblis yoldaşı King ilə dostlaşır.
Qarlı bayquş
Qarlı bayquşu — Qütb bayquşu, ağ bayquş və Arktik bayquş kimi də tanınan qarlı bayquş (Bubo scandiacus) əsl bayquş ailəsindən iri, ağ bayquşdur. Qarlı bayquşların vətəni həm Şimali Amerikanın, həm də Palearktikanın Arktika bölgələrindədir, əsasən tundrada çoxalır. Onun yaşayış mühitinə və həyat tərzinə bir sıra unikal uyğunlaşmaları var ki, bu da digər mövcud olan bayquşlardan olduqca fərqlənir. Bayquşun ən böyük növlərindən biri, əsasən ağ tüklü yeganə bayquşdur. Kişilər daha təmiz ağ olur, qadınlarda isə daha geniş tünd qəhvəyi ləkələr olur. Yetkinlik yaşına çatmamış erkək qarlı bayquşların tünd işarələri var ki, onlar yetkinliyə çatana qədər dişilərə bənzəyir və bu zaman onlar adətən ağarırlar. Qanaddakı qəhvəyi işarələrin tərkibi, qüsursuz olmasa da, fərdi qarlı bayquşların yaşını və cinsiyyətini təyin etmək üçün ən etibarlı üsuldur. Əksər bayquşlar adətən gündüzlər yatır gecələr isə oyaq qalır və ov ovlayırlar, lakin qarlı bayquş gündüzlər, xüsusən də yayda çox vaxt aktivdir. Qarlı bayquşlar adətən tundranın torpağındakı kiçik bir yüksəlişdə yuva qururlar. Qarlı bayquş çox vaxt 5-dən 11-ə qədər çox böyük bir yumurta qoyur, yumurtaların qoyulması və yumurtadan çıxması əhəmiyyətli dərəcədə yavaşlayır.
Örənqala şəhər xarabalığı
Örənqala — V–XIII əsrlərdə mövcud olmuş qədim Azərbaycan şəhəri. Beyləqan şəhərindən 15 kim. şimal-qərbdə yerləşir. Mil düzündə yerləşən qədim Örnəqala yaşayış yerinin tədqiqinə hələ 1933-cü ildə AMEA-nın elmi əməkdaşları İ. İ. Meşşaninovun rəhbərliyi altında başlamışlar. Bu ekspedisiya Örnəqala yaşayış yerini tədqiq edən ilk elmi ekspedisiya idi. Bu birinci ekspedisiya aydınlaşdırmışdır ki, erkən dövrlərin birində şəhər ölçülərinə görə böyük olub, indi tədqiq edilən şəhər yerinin ərazisini bütünlüklə əhatə etmişdir. Sonralar görünür ki, iqtisadi və siyasi mərkəz rolunu itirəndən sonra şəhər ərazisi kiçilmiş və yeni divarlar hörüləndən sonra köhnə şəhərin yalnız bir hissəsi yeni şəhərin ərazisinə daxil olmuşdu. Köhnə şəhərin qalan hissəsi isə şəhər divarlarının xaricində qalaraq tədricən dağılmışdı. Yeni şəhərin daş divarları dağıldıqdan sonra şəhər ətrafındakı müdafiə işləri torpaq sədd çəkməklə aparılır. Ekspedisiyanın məlumatıma görə yeni şəhərə aid olan mədəni təbəqə dağıntıya məruz qaldığından Örənqalanın bu hissəsindəki 1933-cü il qazıntıları stratiqrafiyanı dəqiq müəyyən etməyə imkan verməmişdi.
Adi qulaqlı bayquş
Adi qulaqlı bayquş (lat. Asio otus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin qulaqlı bayquş cinsinə aid heyvan növü.
Bayquş (film, 1924)
Bayquş — rejissor Georgi Kravçenko tərəfindən 1924-cü ildə ekranlaşdırılmış tammetrajlı bədii film. AFKİ-də istehsal edilmişdir. Azərbaycanda Sovet Hakimiyyətinin qurulması ərəfəsində kənddə müxtəlif sosial təbəqələr arasında gedən sinfi mübarizə, bəzi ruhanilərin acgözlüyü, din pərdəsi altında avam camaatı aldatmaları filmdə öz əksini tapmışdır. Əsas rolları Abbas Mirzə Şərifzadə, Ağarza Quliyev, Möhsün Sənani və Aleksandr Makovski ifa edirlər. == Məzmun == Azərbaycanda Sovet Hakimiyyətinin qurulması ərəfəsində kənddə müxtəlif sosial təbəqələr arasında gedən sinfi mübarizə, bəzi ruhanilərin acgözlüyü, din pərdəsi altında avam camaatı aldatmaları kinodramda öz əksini tapmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Leo Mur Rejissor: Georgi Kravçenko Operator: V.Lemke == Rollarda == Abbas Mirzə Şərifzadə — Xan Ağarza Quliyev — Əli Möhsün Sənani Aleksandr Makovski == İstinadlar == == Mənbə == Məmməd Səid Ordubadi ("Kəndli"). “Kino aktyorları Hökməlidə” [Bakının Hökməli kəndində çəkilmiş "Bayquş" kino filmi haqqında] //Yeni yol.- 1924.- 16 oktyabr. Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust. Azərbaycan SSR Elmlər Akademiyası.
Hobbit: Smauqun xarabalığı (film, 2013)
Hobbit: Smauqun xarabalığı (ing. The Hobbit: The Desolation of Smaug) — rejissor Piter Ceksonun çəkdiyi "Hobbit" kinotrilogiyasının ikinci hissəsi, yazıçı Con Tolkinin "Hobbit, və ya oraya və geriyə" nağıl hekayəsinin ekranlaşdırılmasıdır. Bu film, Gözlənilməz səyahət kimi saniyədə 48 kadr sürətlə RED Epic yüksək dəqiqlikli kameralarla çəkilib. == Məzmun == Film cadugər Qandalf və Torin Palıd-sipər arasında Bri kəndindəki "Çapan Poni" mehmanxanasında görüşü ilə başlayır. Torin və onun dəstəsi əvvəlki filmdə baş verən hadisələrdən sonra Murdarlayan Azoq və onun orkları tərəfindən təqib edilir. Qandalf onları yaxınlıqdakı qulyabanı Beornun evinə aparır. Eyni zamanda, qnomlar, hobbit və cadugər ayı cismində Beornun özündən möcüzəvi şəkildə canlarını qurtarır. Gecə Nekromant Azoqu Dol Quldura çağırır və ona müharibə üçün qoşun toplamaq əmri verir. Buna görədə Azoq Torinin ovunu oğlu Bolqa tapşırır. Ertəsi gün Beornla Qandalf Bilbo və qnomlar tanış olurlar və səhər yeməyi zamanı Beorn onlara Moria orkları ilə Dol Quldurun qaranlıq qüvvələri arasında bağlanmış birlikdən danışır.
Bayquş gələndə... (film, 1978)
Bayquş gələndə filmi rejissor Şamil Mahmudbəyov tərəfindən 1978-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Lirik-psixoloji dramdakı hadisələr Abşeronun kiçik yaylaq qəsəbələrindən birində cərəyan edir. Kinolentin qəhrəmanı burada müxtəlif adamlarla qarşılaşır. Filmdə əsas rolları Emin Qafarzadə, Fikrət Məmmədov, Həsənağa Turabov, Gülşən Qurbanova, Firəngiz Şərifova, İsmayıl Osmanlı, Vidadi Əliyev və Sevil Rəsulova ifa edirlər. == Məzmun == Lirik-psixoloji dramdakı hadisələr Abşeronun kiçik yaylaq qəsəbələrindən birində cərəyan edir. Kinolentin qəhrəmanı burada müxtəlif adamlarla qarşılaşır. Tahir (Emin Qafarzadə) ilə Vasif (Fikrət Məmmədov) bütün yay tətili günlərində dənizin sahilində oturub suya tilov atır və balıq tutmaqla məşğul olurlar. Vasif həm də arzu edir ki, onun birmotorlu qayığı olsun və bu qayıqla dənizdə balıq ovuna çıxsın. Elə onların evlərinin yaxınlığında qocaman bir kişi (İsmayıl Osmanlı) yaşayır.